Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mübariz Əhmədoğlu: “Serj Sarkisyan NATO sammitinə qatılmamaqla Qarabağla bağlı gözlənilən danışıqlardan yayındı”
22.11.10 19:58

Serj Sarkisyanın NATO-nun Lissabon sammitində iştirakdan imtina etməsini NATO-nun Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi ilə əlaqələndirməsi düzgün deyil. Ermənistan prezidenti Lissabona səfərdən imtina etməsi onun orada gözlənilən durumdan qorxması ilə xarakterizə olunur. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib.Politoloq hesab edir ki, bununla S.Sarkisyan oarada ATƏT Minsk qrupunun həmsədr ölkələrinin (ABŞ, Fransa, Rusiya) prezidentləri ilə dialoqdan yayındı. “Son 2 ildə Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT MQ ölkələrinin prezidentləri ilə görüşü yalnız NATO sammitində ola bilərdi. Eləcə də qarşıdan gələn 2 il üçün də bu ehtimalı irəli sürmək olar. Çünki ATƏT-in Astana sammitində Rusiya və Fransa prezidentlərinin iştirakı gözlənilsə də, ABŞ prezidentinin iştirakı gözlənilmir. S.Sarkisyanın danışıq imutasiyası üçün üç prezidentin birlikdə olması ölümcül təhlükəlidir. Həmsədr ölkələrə ayrı-ayrılıqda yalan danışmaqla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini yubatmaq ermənilərin istifadə etdiyi sınaqdan çıxmış metoddur. Ermənilər yenədə öz metodlarına sadiq qaldılar”,-deyə M.Əhmədoğlu vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-2280.html