Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ombudsman Aparatında uşaqlara qarşı zorakılıq müzakirə olunub
19.11.10 22:10

Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “Uşaqlara qarşı zorakılığın aradan qaldırılması mövzusunda” Dəyirmi masa keçirib. KƏLAMİNFO xəbər verir ki, ombudsman Elmira Süleymanova “20 noyabr-Beynəlxalq Uşaq Hüquqları Konvensiyası Günü” münasibəti ilə silsilə tədbirlər keçirdiklərini bildirib. Onun sözlərinə görə, ombudsman uşaqlar üçün yararlı dünya yaradaq, uşaqların dünyasını uşaqların iştirakı ilə dəyişək kampaniyasında rayonlarda vətəndaşların aktiv iştirakı müşahidə olunub. Bütün bunlara baxmayaraq, Azərbaycanda hələ də ağır vəziyyətdə olan uşaqlar var. Bunun əsas səbəbi həmin ailələrdə yoxsulluğun mövcud olmasıdır. Nəticədə uşaqlar təhsildən uzaqlaşaraq ailəyə kömək etmək istəyirlər. E.Süleymanova həmçinin uşaqların psixoloji vəziyyətinin gərginləşməsinə səbəb olan boşanmaların da olduğunu vurğulayıb. Uşaqlara 15 yaşına qədər ağır əməklə məşğul olmaq qadağa olduğu halda, bu gün bir çoxları ucuz işçi qüvvəsi kimi uşaqlardan istifadə edir. Ombudsman həmçinin bu işdə ona kömək edən Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə və Daxili İşlər Nazirliyinə təşəkkür edib. UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard isə bildirib ki, uşaqlara qarşı zorakılıq halları dünyanın hər bir nöqtəsində geniş yayılıb. Uşaqlara qarşı zorakılıq hər yerdə - küçədə, evdə, məktəbdə baş verə bilər. Etiraf edək ki, uşaqlara ən çox zorakılıq məhz ailələri tərəfindən olur. Əgər biz ailələrdən bu barədə soruşsaq, onlar birmənalı olaraq buna qarşıyıq deyəcəklər. Mark Herevard qeyd edib ki, hər kəs bilməlidir ki, uşaqlar da böyüklər kimi insan hüquqlarına malikdir. Artıq BMT zorakılığın konkret terminini də müəyyənləşdirib. Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “Uşaq hüquqları üzrə ixtisaslaşmış ilk məruzə” adlı kitabı qonaqlara hədiyyə verilib.
URL / WWW
http://kelam.az/news/a-2275.html