Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası”nın açılış mərasimi keçirilib
19.11.10 22:10

Bu gün Bakıda Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə elmi gəncliyin imkanlarının üzə çıxarılması, maraqların gerçəkləşməsi istiqmətində praktiki yardım, elmi tədqiqatçıların aktivliyi və elmə marağın artırılması, habelə digər məsələlərlə bağlı “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası”nın açılış mərasimi keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, dünyada gənc alimlərin yetişməsi hər bir dövlət üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində gənclərin savadlı yetişməsi üçün Azərbaycan təhsilinin inkişafı naminə bir sıra dövlət proqramları həyata keçirilib. A.Rəhimov bu proqramlar çərçivəsinə Azərbaycan tələbələrinin ölkə xaricində və ölkədə yükəsək təhsil almaları nəticəsində böyük uğurlara imza atıblar. O vurğulayıb ki, bu cür yarmarkaların keçirilməsi gələcəkdə də davam etdiriləcək. Gənclər və idaman nazirinin müavini İntiqm Babayev söyləyib ki, tədbir çərçivəsində “Elm çətiri altında: Gənc alim və tədqiqatçıların innovativ inkişafı üçün intellektual potensialın stimullaşdırılması və təkrar istehsalı”, “Elmin iqtisadi gücü: Gənc alim və tədqiqatçıların yeni ideya və ixtiralarının iqtisadiyyata tətbiqi yolları”, “Yaşıl çətir: Ekologiya və qlobal iqlim dəyişiklikləri və bu proseslərin Azərbaycanda təzahürləri” mövzularında gənc alim və tədqiqatçıların iştirakı ilə konfranslar keçiriləcək. Onun sözlərinə görə, həmçinin “Azərbaycanda biomüxtəlifliyin qorunması və əkinə yararlı torpaqların erroziyaya məruz qalmasının qarşısının alınması yolları” və “Dünya elminə inteqrasiya: Gənc tədqiqatçıların innovativ aktivliyinin artırılması – informasiya mübadiləsi işinin təşkili” mövzuları əsasında da seminarların təşkili nəzərdə tutulub. Qeyd edək ki, tədbirdə AMEA-nın prezidenti Mahmud Kərimov, təhsil nazirinin müavini İradə Hüseynova və digər tədbir iştirakçıları tədbirin əhəmiyyəti və vacibliyindən danışıblar. Xatırladaq ki, “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası” 23 noyabr tarixinədək keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-2273.html