Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » NATO-nun Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub
19.11.10 22:10

NATO-nun Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndəsi təyin olunub. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə NATO-nun mərkəzi ofisi məlumat yayıb. Dekabrın əvvəlinədək Robert Simmons NATO-nun Mərkəzi Asiya və Cənubi Qafqazda xüsusi nümayəndəsi vəzifəsində işini başa vuracaq. Onu son yeddi il ərzində tutduğu bu vəzifədə Şimali Atlantika Alyansının indiki rəsmi nümayəndəsi Ceyms Appaturay əvəz edəcək. Qərar NATO-nun baş katibi Anders Foq Rasmussen tərəfindən təsdiq edilib.Qeyd edək ki, Qafqaz və Mərkəzi Asiyanın mühüm strateji regionlarında xüsusi nümayəndə vəzifəsinin yaradılması haqqında qərar 2004-cü ilin iyununda İstanbulda keçirilən sammitdə qəbul edilib. Robert Simmons bu vəzifəyə təyin olunan ilk şəxs olub. Xüsusi nümayəndənin rolu NATO-nun regionda məqsədlərinin inkişafı üçün regional liderlərlə işgüzar əlaqələrin dəstəklənməsindən ibarətdir. Onlar arasında regional təhlükəsizliyə yardım və NATO əməkdaşlıq proqramlarının gələcək tərəqqisi var. C.Appaturayın Cənubi Qafqaz regionuna yeni vəzifədə ilk səfərini nə vaxt edəcəyi hələ məlum deyil. NATO-nun Cənubi Qafqaz dövlətləri - Azərbaycan, Gürcüstan və Ermənistanla əməkdaşlığı əsasən “Sülh naminə tərəfdaşlıq”, “Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planı”, eləcə də “Planlaşdırma və təhlil prosesi” proqramları çərçivəsində həyata keçirilir. Bu sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasətə aid məsləhətləşmələrin aparılması üzrə məqsəd və niyyətləri müəyyən edilib. Cənubi Qafqaz ölkələrinin NATO ilə əməkdaşlığı Avropa inteqrasiyası və regionda təhlükəsizlik və sabitliyin təmini yolunda addım kimi dəyərləndirilir.
URL / WWW
http://kelam.az/news/a-2272.html