Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın iclasının vaxtı dəyişdirlib
19.11.10 22:10

Noyabrın sonlarında Bakıda keçirilməsi planlaşdırılan iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyanın növbəti iclasının vaxtı dəyişdirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Yunanıstanın ölkəmizdəki səfirliyindən veriblər.Qeyd edək ki, iclasda iştirak etmək üçün Yunanıstan xarici işlər nazirinin müavini Spiros Kubelisin noyabrın 28-29-da Bakıya səfəri gözlənilirdi. Azərbaycan paytaxtında ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın perspektivlərinə baxılması nəzərdə tutulurdu. Komissiyanın iclasının tarixi texniki səbəblərə görə dəyişdirilib. Xatırladaq ki, S.Kubelis iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədridir. Azərbaycan tərəfdən komissiyaya sənaye və energetika naziri Natiq Əliyev rəhbərlik edir. Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycan ilə Yunanıstan arasında mal dövriyyəsinin həcmi 104,1 mln. dollar təşkil edib.
URL / WWW
http://kelam.az/news/a-2270.html