Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülən TASİM təşəbbüsünə həsr olunan qətnamə layihəsi qəbul edilib
18.11.09 20:48

Nyu Yorkda BMT Baş Assambleyasının İkinci Komitəsinin (İqtisadi və Maliyyə) növbəti iclasında Azərbaycan tərəfindən irəli sürülən Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) təşəbbüsünə həsr olunan qətnamə layihəsi qəbul edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında TASİM-ə həsr olunan qətnamə layihəsi BMT Baş Assambleyasının 64-cü sessiyası zamanı irəli sürülən və 2009-cu ilin sentyabr ayından etibarən nümayəndə heyətimiz tərəfindən qətnamə layihəsi üzrə ikitərəfli və çoxtərəfli danışıqlar müvəffəqiyyətlə aparılıb. Qətnamə layihəsi, dünyada iqtisadi artım və sosial inkişaf üçün informasiya və kommunikasiya texnologiyalarının vacibliyini etiraf etməklə yanaşı, Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması baxımından TASİM-in mühüm rolunu işıqlandırır və sözügedən təşəbbüsün həyata keçirilməsi istiqamətində regional səylərin əlaqələndirilməsinə dair Azərbaycan Hökumətinin təklifini alqışlayır. TASİM kimi yeni və qabaqcıl təşəbbüsü təqdim edən qətnamə layihəsi müxtəlif regionlar tərəfindən dəstəkləmiş və BMT-nin bir sıra nüfuzlu ölkələri ona həm-müəllif kimi qoşulublar. Onlar sırasında ABŞ, Almaniya, Avstraliya, Belarus, Bolqarıstan, Əfqanıstan, Çin, Hindistan, Gürcüstan, İsveçrə, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Litva, Lüksemburq, Qazaxıstan, Qətər, Moldova, Pakistan, Portuqaliya, Rusiya Federasiyası, Sloveniya, Suriya, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərləri xüsusi qeyd oluna bilər.
URL / WWW
http://kelam.az/news/a-227.html