Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bişkekdə BMT-nin Azərbaycan, Əfqanıstan və Mərkəzi Asiya ölkələri üçün Xüsusi Proqramının İdarəedici Şurasının iclası keçirilib
18.11.09 20:48

BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) BMT-nin Asiya və Sakit Okean üzrə Sosial və İqtisadi Komissiyası (UNESCAP) ilə birgə təsis etdiyi BMT-nin Azərbaycan, Əfqanıstan və Mərkəzi Asiya ölkələri üçün Xüsusi Proqramının (SPECA) İdarəedici Şurasının dördüncü iclası Qırğızıstanın Bişkek şəhərində keçirilib. Tədbirdə Azərbaycanı Milli Əlaqələndirici qismində iqtisadi inkişaf naziri, Milli əlaqələndiricinin müavini kimi isə xarici işlər nazirinin müavini təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya XİN-nin mətbuat xidmətindən veriblər. Tədbirdə SPECA-nın İdarəedici Şurasında Azərbaycan üzrə Milli Əlaqələndiricinin müavini, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Tədbirdə proqramın 2007-2009-cu illər üzrə fəaliyyəti qiymətləndirilib və 2010-2011-ci illər üzrə əsas fəaliyyət istiqamətləri müəyyən edilib. Bununla yanaşı qlobal iqtisadi böhranın SPECA ölkələrinə təsirinə dair fikir mübadilələri aparılıb. Azərbaycan tərəfi SPECA-nın işinin səmərəliliyinin artırılması məqsədilə proqram çərçivəsində fəaliyyət göstərən müvafiq İşçi Qruplarının işinin təhlilini, prioritet istiqamətlərin müəyyən edilməsini və digər konkret tövsiyələr təklif edib. Qeyd edək ki, bu təşəbbüs çərçivəsində BMT-nin İnkişaf Proqramı (UNDP) SPECA ölkələrində ticarətin inkişafı məqsədilə müvafiq ehtiyacların qiymətləndirməsini həyata keçirir və 2010-cu ilin fevral ayında Qırğızıstanda ekspertlər görüşünün, 2010-cu ilin iyun ayında isə Azərbaycanda SPECA ölkələrinin müvafiq məsələlər üzrə məsul nazirlərinin görüşünün təşkili nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/news/a-225.html