Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Misir Mərdanov ictimaiyyətin təhsilə olan münasibətindən narahatdır
18.11.09 20:48

Məni daha çox narahat edən ictimaiyyətin təhsilə olan münasibətidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri təhsil naziri Misir Mərdanov söyləyib. “Çox istərdim ki, bu münasibət yaxşılığa doğru çevrilsin. Ancaq təəssüf ki, biz buna tam nail ola bilməmişik. Yəni hər kəs təhsilin keyfiyyətinin yüksəlməsini istəyir və bu, təbiidir. Ancaq əksəriyyəti elə başa düşür ki, bu işi yalnız müəllimlər və Təhsil Nazirliyi görməlidir. Dünyada təhsil elə bir geniş sahədir ki, bu sahənin inkişafı tək təhsil işçilərinin gücü ilə təmin oluna bilməz. İstərdim ki, bütün ictimaiyyət təhsilə öz müsbət töhfəsini versin. Məni ən çox narahat edən də budur. Qalan məsələləri düzəltmək asandır. Ancaq insanların təfəkküründə təhsilə olan münasibəti dəyişmək elə də asan məsələ deyil”,-deyə M.Mərdanov narahatlığını açıqlayıb.
URL / WWW
http://kelam.az/news/a-224.html