Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib
11.11.10 18:35

Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində bu gün Horadiz şəhərində Muğam Mərkəzinin açılışında iştirak edib. KƏLAMİNFO xəbər verir ki, prezident İlham Əliyev açılışı bildirən lenti kəsib və mərkəzdə yaradılmış şəraitlə tanış olub. Foyedə ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin milli musiqimizə qayğı və diqqətini əks etdirən fotostend vardır. Dövlət başçısına məlumat verilib ki, mərkəzin tikintisinə ARNDŞ-in Sosial İnkişaf İdarəsi tərəfindən 2010-cu ilin mayında başlanılıb. Üç hektar ərazisi olan mədəniyyət ocağı prezident İlham Əliyevin göstərişi ilə inşa olunub. Azərbaycanın qədim musiqi alətlərindən olan tar formasında tikilmiş mərkəz üçmərtəbəlidir və bir-birinə bitişik üç korpusdan ibarətdir. Mərkəzə aid olan muğam məktəbində müxtəlif təyinatlı 31 sinif otağı yerləşir. Binanın divarlarında Azərbaycanın muğam ustadlarının, habelə milli musiqi alətlərimizin şəkilləri asılıb. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərkəzin eskiz layihəsinə baxıblar. İkinci və üçüncü mərtəbələrdə mühazirə və məşğələ otaqları var. Dövlət başçısı məşğələnin gedişini izləyib. Mərkəzdəki 320 yerlik örtülü konsert zalı ilə tanışlıq zamanı bildirilib ki, zal müasir akustika sistemi və işıq effektləri ilə təchiz edilib. Prezident İlham Əliyev və xanımı zalda Füzuli rayonunun “Qarabağ” instrumental ansamblının və gənclərin ifasında “Qarabağ şikəstəsi”ni dinləyiblər. Mərkəzin 520 yerlik açıq yay zalı da var. Bina havalandırma, daimi su təchizatı, müasir işıqlandırma sistemləri və yüksək gərginlikli elektrik generatoru ilə təchiz olunub. Ətrafda geniş abadlıq işləri görülüb, gecə saatlarında müxtəlif rəng çalarlarına malik işıq lampaları ilə təchiz edilmiş fəvvarə quraşdırılıb, yaşıllıq zolaqları salınıbr. Mərkəzin həyətyanı sahəsi həm də əhalinin istirahəti üçün park kimi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/news/a-2237.html