Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “AtaSığorta”nın topladığı sığorta haqları 3,19 mln. manat təşkil edib
10.11.10 17:24

“AtaSığorta” şirkətinin 2010-cu ilin 10 ayı ərzində topladığı sığorta haqları 3,19 mln. manat təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “AtaSığorta”dan veriblər. Qeyd olunan rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6% çoxdur. Hesabat dövründə sığorta hadisələri üzrə aparılan ödənişlərin məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 24,4% azalaraq 0,51 mln. manat təşkil edib. Şirkətin ümumi gəlirləri 4,39 mln. manat, ümumi xərcləri 3,67 mln. manat olmaqla, balans mənfəəti 0,72 mln. manat təşkil edib. Xatırladaq ki, “AtaSığorta” ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Şirkət sığortanın 22 könüllü və 5 icbari növləri üzrə məhsullar təqdim edir. Səhmdarı “AtaHoldinq” ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4 mln. manat təşkil edir.
URL / WWW
http://kelam.az/news/a-2232.html