Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “AtaSığorta” nizamnamə kapitalını artırmaq istəyir
10.11.10 17:24

“AtaSığorta” şirkəti nizamnamə kapitalını daha 800 min manat artıraraq 4 mln. 800 min manata çatdırmaq istəyir. Bu barədə məlumatı KƏLAMİNFO-ya “AtaSığorta”dan veriblər. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən qeydiyyata alınan şirkətin səhmlərinin emmisiya prospektinə əsasən, hər birinin nominal qiyməti 24 manat olan 200 min adi adlı sənədli səhm buraxılacaq. Bu, səhm nominalının 20 manatdan 24 manata qədər artırılması və konversiyası hesabına mümkün olacaq. Nizamnamə kapitalı bir ay müddətində ödəniləcək. Şirkətdən verilən məlumata görə, emissiya qapalı yerləşdirmə metodu ilə həyata keçiriləcək. Şirkətin səhm miqdarının saxlanılması onu göstərir ki, kapitallaşmanın gücləndirilməsi fəaliyyətdə olan səhmdarın hesabına həyata keçəcək. Xatırladaq ki, şirkət sığorta bazarında 2004-cu ildən fəaliyyət göstərir. Şirkət 22 könüllü, 5 icbari sığorta növü üzrə fəaliyyət göstərir. Səhmdarı “AtaHoldinq” ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 4 mln. manat təşkil edir.
URL / WWW
http://kelam.az/news/a-2231.html