Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanda MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqinə başlayıb
18.11.09 20:48

Ölkə əhalisinin daha geniş kütlələri üçün internetdən istifadəni sadələşdirmək məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom.Net" internet provayderi "Aztelekom" İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqinə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. "Aztelekom.net" İnternet xidmətləri mərkəzinin istifadəçiləri üçün internetdən bir saatlıq istifadə üçün 0,3 manat həcmində olmaqla, dəqiqələrə görə hesablanan xidmət haqqı abunəçinin ünvanına göndərilən ümumi ödəniş qəbzində nəzərə alınır. Bu zaman qəbzdə istiqamət üzrə kod əvəzinə "178" – internet servis kodu qeyd olunur. Tətbiq olunan xidmətin əsas üstünlüyü ilk növbədə istifadəçilər üçün rahat, sadə, etibarlı və ən başlıcası, vaxt itkisinin qarşısını almağa imkan verən internet xidmətinin təşkilidir. "178 – "parol"suz İnternet" xidmətinin istifadəçiləri internetə qoşulmaq üçün müqavilə bağlamaq, internet kartlarını əldə etmək məcburiyyətindən azaddırlar və bu da öz növbəsində həm vaxta qənaət, həm də telefon xətti olan istənilən yerdən internetə çıxış imkanının olması baxımından əlverişlidir. 178 xidmətinin istifadəçilərinin sayı regionlarda artıq on min nəfərlərlə ölçülür.
URL / WWW
http://kelam.az/news/a-223.html