Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AŞ PA müşahidə missiyasının rəhbəri Binəqədidə səsvermənin gedişini müşahidə edir
07.11.10 16:18

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyasının rəhbəri Pol Villi 10 saylı Binəqədi III seçki dairəsinin ərazisində səsvermənin gedişini müşahidə edir. P.Villi səhər saat 07.00 radələrində seçki dairəsi ərazisində yaradılan məntəqələrə gələrək səsvermə prosesinə hazırlıq prosesini izləyib. Həmin dairənin 31, 33 və 34 saylı məntəqələrində səsvermə prosesini müşahidə edən missiya rəhbəri seçkilərin gedişi ilə maraqlanıb. Jurnalistlərə açıqlama verən P.Villi rəhbərlik etdiyi AŞPA müşahidə missiyasının tərkibinə 30 müşahidəçinin daxil olduğunu, onlardan birinin səhhətində yaranan problemlərlə əlaqədar Azərbaycana gələ bilmədiyini deyib. Qeyd edək ki, müxtəlif məntəqələrdə səsvermənin gedişinin müşahidə edən missiya rəhbərini AŞPA nümayəndəsi Vladimir Dronov müşayiət edir.
URL / WWW
http://kelam.az/news/a-2209.html