Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Mətbuat Şurasının “qaynar xətt”i fəaliyyətdədir
07.11.10 16:18

Azərbaycan Mətbuat Şurasının (MŞ) Milli Məclisə seçkilərlə əlaqədar yaratdığı “qaynar xətt” fəaliyyətdədir. Şuranın (012) 441 35 30; (012) 441 35 92; (012) 441 35 94 nömrələri saat 19.00-dək bu rejimdə işləyəcək. Bu barədə məlumatı MŞ-dən veriblər. Kütləvi informasiya vasitələrinin təmsilçiləri və eləcə də müstəqil jurnalistlər seçki günü peşə fəaliyyətlərini yerinə yetirmələrində yarana biləcək problemlərlə bağlı “qaynar xətt”ə müraciət edə bilərlər MŞ 11.00, 14.00, 17.00, 20.00 saatlarında “qaynar xətt”-in fəaliyyəti ilə bağlı ictimaiyyəti məlumatlandıracaq. Qeyd edək ki, “qaynar xətt”in yaradılmasından məqsəd jurnalistlərin seçkidə peşə fəaliyyətlərini sərbəst yerinə yetirmələrinə kömək göstərməkdən, bununla bağlı mümkün maneələrin operativ surətdə aradan qaldırılmasını təmin etməkdən ibarətdir. Bura daxil olan faktların araşdırılması üçün müvafiq qurumlarla əlaqələr yaradılacaq. Həmçinin zəruri hallarda Şuranın əməkdaşlarından ibarət qrup konkret hadisə yerinə göndəriləcək.
URL / WWW
http://kelam.az/news/a-2205.html