Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanda Milli Məclisə seçkilər başlayıb
07.11.10 16:18

Bu gün səhər saat 8.00-da Azərbaycanda Milli Məclisə seçkilərə start verilib. 125 seçki dairəsinin əhatə etdiyi 5314 seçki məntəqəsində normal səs vermək üçün hər cür şərait yaradılıb. Hazırda Azərbaycanda 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaş var. Seçicilərin sayından 3% artıq - 5 096 574 ədəd bülleten çap olunub. Milli Məclisə bu seçkilərdə 690 namizəd deputat mandatı uğrunda mübarizə aparacaq. Seçkiləri izləmək üçün ümumilikdə 46639 yerli, 1029 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Yerli və beynəlxalq müşahidəçilər bütün məntəqələrdə səsvermə prosesinin gedişini maneəsiz izləyə biləcəklər. Səsvermə prosesi ilə bağlı beynəlxalq ictimaiyyəti vaxtaşırı məlumatlandırmaq üçün 18 xarici kütləvi informasiya vasitəsindən 43 beynəlxalq KİV təmsilçisi MSK-da akkreditə olunub. Yerli KİV nümayəndələri üçün heç bir qeydiyyat tələb olunmur. Səsvermə prosesini seçki məntəqələrindən kənarda canlı izləmək üçün seçki məntəqələrinin 500-də veb-kameralar quraşdırılıb.
URL / WWW
http://kelam.az/news/a-2201.html