Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisdə komitə iclası keçirilib
17.11.09 20:20

Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Komitənin sədri Arif Rəhimzadə iclasda “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamə layihəsi barədə məlumat verib. Milli Məclis Aparatının inzibati ərazi vahidlərinin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev layihə barədə iclas iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, bələdiyyələrin qeydiyyatı “Dövlət reyestri kitabı” ilə yanaşı, həm də elektron şəklində aparılacaq. Bələdiyyələrə verilməsi nəzərdə tutulan şəhadətnamədə onların yaranma tarixi, əhatə etdiyi ərazi vahidi və digər məlumatlar öz əksini tapacaq. Bundan əlavə, bələdiyyələrin həm kağız üzərində, həm də elektron xəritələri hazırlanacaq. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçiriləcək bu prosesdə bələdiyyələr özləri də iştirak edəcəklər.İclasda gələn il Respublika üzrə bütün bələdiyyələrin siyahısı qeyd olunub toplunun nəşr olunması da planlaşdırılır. Əsasnamə layihəsinə düzəlişlərlərlə bağlı bəzi təklif və tövsiyələr səslənib. Layihənin təklif və tövsiyələr nəzərə alınmaqla yenidən hazırlanıb komitənin iclasına təqdim olunması qərara alınıb. İclasda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin, şəhər, qəsəbə və kənd bələdiyyələrinin nümayəndələri iştirak ediblər.
URL / WWW
http://kelam.az/news/a-220.html