Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Dəmir yolu vasitəsilə sərnişindaşıma tarifləri 10,2% azalıb
05.11.10 16:32

Cari ilin oktyabr ayında Azərbaycanda nəqliyyat sektorunda yükdaşıma tarifləri 103,8%, sərnişindaşıma tarifləri isə 100,5% təşkil edib. Dövlət Stattistika Komitəsinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, dəmir yolunda yükdaşıma tariflərinin yerli əlaqə üzrə 15,1%, digər ölkələrdən gətirilmə üzrə 4,2%, digər ölkələrə göndərilmə üzrə 1,3%, tranzit yüklərin daşınması üzrə 0,4% bahalaşması nəticəsində ümumilikdə dəmir yolunda yükdaşıma tariflərində 4,3% artım müşahidə olunub. Azərbaycanın dəmir yolu vasitəsilə beynəlxalq əlaqədə sərnişindaşıma tarifləri 10,2% azalıb. Dəniz nəqliyyatı vasitəsilə MDB ölkələrinə yükdaşıma tarifləri 0,2% ucuzlaşıb. Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri müvafiq olaraq 0,9 və 5,0 %, uzaq xaricə sərnişindaşıma tarifləri isə 3,1% artıb. Boru kəməri nəqliyyatında yükdaşıma tarifləri 0,7% ucuzlaşıb. Avtomobil nəqliyyatında yükdaşıma tarifləri yerli əlaqədə 32,5%, şəhərətrafı və şəhərdaxili yükdaşıma 33,0%, işəmuzd tarif 25,4% artıb, bir saatlıq işə görə yükdaşıma tarifi isə 3,1% aşağı düşüb.
URL / WWW
http://kelam.az/news/a-2197.html