Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azercell Telekom MMC-nin prezidenti beynəlxalq konfransda iştirak edib
05.11.10 16:32

ABŞ-ın Massaçusets Texnologiya İnstitutundakı Media Laboratoriyasında “Leqatum” Mərkəzinin illik konfransı keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən sahibkarlar, sərmayədarlar, qeyri-kommersiya təşkilatları nümayəndələri və rəsmilər bir araya gəlib. Konfransın əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə sahibkarlığın təşviqi və bu sahənin inkişafına dəstəkdir. İllik konfrans ilk öncə “Leqatum” Mərkəzinin yaradıcısı və tanınmış professor İqbal Quadirin məzurəsi ilə başlayıb, daha sonra isə nüfuzlu iş adamları və sərmayədarların çıxış və müzakirələri ilə davam edib. Məruzəçilər sırasında Azercell Telekom MMC-nin prezidenti Ali Ağan da olub. A.Ağan konfrans iştirakçıları qarşısında çıxış edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azercell Telekom MMC-dən veriblər. Öz çıxışında A.Ağan Azərbaycanın telekommunikasiya sektoru, onun inkişaf dinamikası və nailiyyətləri haqqında söhbət açıb. Eyni zamanda, o, müasir telekommunikasiya texnologiyalarının ölkəmizin sosial həyatına olan təsiri, ətraf mühit və ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı üçün əhəmiyyətli töhfəsindən bəhs edib. Qeyd edək ki, toplantının sonunda “Leqatum” Mərkəzi məzunlarının, həmçinin “Seed Qrant” mükafatçılarının təqdimatları olub. Xatırladaq ki, “Leqatum” Mərkəzi Massaçusets Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərir. Bu qurum 2007-ci ildə İnkişaf və Sahibkarlıq naminə qlobal sərmayə məsələlərini araşdıran “Leqatum” təşkilatı və İqbal Quadir tərəfindən təsis edilib. Mərkəz hərtərəfli inkişafı təşviq edən və inkişaf istiqamətlərini müəyyənləşdirən proqramları idarə edir. Bundan əlavə, “Leqatum” Mərkəzi hər il az inkişaf edən ölkələrdə perspektivli müəssisələri yaratmaq üçün tələbə qruplarını yaradır. İndiyə qədər ümumilikdə 20-yə yaxın ölkədə işləmək üçün 34 komandaya Leqatum “Seed Qrantları” ayrılıb.
URL / WWW
http://kelam.az/news/a-2196.html