Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Bakıelektrikşəbəkə” gücləndirilmiş iş rejimində çalışacaq
05.11.10 16:32

“Bakıelektrikşəbəkə” ASC əməkdaşları noyabr ayında gücləndirilmiş iş rejimində çalışacaqlar. ASC-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, 7 noyabr Azərbaycanda Milli Məclisə seçkilər günü, 9 noyabr Dövlət Bayrağı Günü və Qurban Bayramı günlərində abonentlərin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri sərəncam imzalayıb.Sərəncama əsasən yarana biləcək qəzaların qarşısının operativ olaraq alınması məqsədilə əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib. “Bakıelektrikşəbəkə” ASC abonentləri əmin edir ki, bu qış ötən ilki illərdən fərqli olaraq elektrik enerjisi təchizatı baxımından daha uğurlu keçəcək. Son dörd il ərzində paytaxtın elektrik şəbəkəsində aparılan yenidənqurma, təmir-bərpa işləri bunu deməyə əsas verir. Görülən işlərin nəticəsində şəbəkənin gücü 535 artaraq 4808 MVA təşkil edir. Qeyd edək ki, abonentlərdən xahiş olunur ki, yarana biləcək hər hansı problemlər haqqında “199 - Qəza Xidməti”nə zəng vuraraq məlumat versinlər. Yaradılan operativ qruplar vasitəsilə yaranan fasilələrin dərhal aradan qaldırılması mümkün olacaq.
URL / WWW
http://kelam.az/news/a-2195.html