Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ötən ay quş ətinin qiymətləri 0,1 % ucuzlaşıb
04.11.10 15:11

Ötən ay Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9% bahalaşıb. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 3,7%, arpanın 4,6%, kartofun 4,0%, lobyanın 0,6%, pambığın 2,2%, quru otun 1,7%, soğanın 0,1%, sarımsağın 0,7%, bibərin 0,1%, qarpız və yemişin 1,8%, balqabağın istehsalçı qiymətləri 18,7% bahalaşıb, şirin kartofun (batat) 0,5%, pomidorun 13,6%, xiyarın 3,7%, göy soğanın 0,7%, kələmin 5,4%, qırmızı turpun qiymətləri isə 12,6% ucuzlaşıb.Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 11,2%, heyvanın 1,8 %, zoğalın istehsalçı qiymətləri 5,0 % bahalaşıb, narın 7,9 %, limonun 5,9 %, qozun 2,7 %, fındığın 1,3 %, almanın qiymətləri isə 0,9 % ucuzlaşıb. Diri heyvanlar və heyvandarlıq məhsullarından iribuynuzlu qaramalın istehsalçı qiymətləri 1,1%, mal-ətinin (diri çəkidə) 0,2 %, inək südünün 4,4 %, camış südünün 0,1 %, erkək qoyunların 1,1 %, qoyun və keçi südünün 1,1 %, qoyun və keçilərin qırxılmış, yuyulmamış yunu 2,9 %, yumurtanın 6,8 %, təbii balın qiymətləri 3,7 % bahalaşıb, cöngənin 3,2 %, diri qoyun və keçilərin 1,4 %, qoyun ətinin (diri çəkidə) 0,1 %, diri qazların 1,8 %, quş ətinin (diri çəkidə) qiymətləri isə 0,1 % ucuzlaşıb.
URL / WWW
http://kelam.az/news/a-2190.html