Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Nəqliyyat naziri Ziya Məmmədov Rusiya Federasiyasına yola düşüb
17.11.09 20:20

Bu gün nəqliyyat naziri Ziya Məmmədov Rusiya Federasiyasına yola düşüb. Bu barədə məlumatı Nəqliyyat Nazirliyindən veriblər. Nazirin səfərində məqsəd 18-20 noyabr tarixində Moskvada keçiriləcək Rusiya nəqliyyat təsisatının yaradılmasının 200 illiyi ilə əlaqədar yubiley tədbirlərində iştirak etməkdir. Tədbirlər silsiləsinə “Nəqliyyat sahəsində elm və təhsil: təcrübə, problemlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans, Rusiya Federasiyasının nəqliyyat kompleksinin (avtomobil nəqliyyatı, hava nəqliyyatı, dəmir yolu, dəniz nəqliyyatı) inkişafı mövzusunda konfrans, eləcə də “Rusiya nəqliyyatı-gələcəyə baxış” kontekstində müzakirələr daxildir. Rusiyaya səfər çərçivəsində Z.Məmmədov “Yol hərəkəti qaydalarının təhlükəsizliyi üzrə birinci qlobal Nazirlər Konfransı” və konfrans çərçivəsində keçirilməsi nəzərdə tutulan “Yol hərəkəti təhlükəsizliyi forumu” adlı sərgidə iştirak edəcək. Noyabrın 19-da isə MDB iştirakçı dövlətlərinin XXIX növbəti əlaqələndirici nəqliyyat müşavirəsinin keçirilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/news/a-218.html