Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Xəzər dənizində təhlükəsizliyə həsr olunan iclas keçirilir
03.11.10 19:10

Bu gün Bakıda Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin razılaşdırılmasına həsr olunan iclas işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, Xəzəryani ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən Bakı görüşü sözügedən mövzuya həsr olunan sayca 4-cü toplantıdır. İclasda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, əvvəlki görüşlərdə Xəzərdə təhlükəsizliyə dair əməkdaşlıq sazişi layihəsinin müəyyən maddələri razılaşdırılıb və indiki görüşdə isə razılaşdırılmayan məsələlər üzərində iş aparılacaq. O, ümid etdiyini bildirib ki, hazırkı görüşün nəticələri olacaq və həmin nəticə noyabrın 18-də Xəzəryani ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək sammitində müzakirəyə çıxarılacaq. “Əminik ki, əldə olunacaq saziş Xəzərdə təhlükəsizliyin təmin olunması sahəsində əməkdaşlığın genişlənməsi üçün yaxşı baza olacaq”,-deyə X.Xələfov əlavə edib. Qeyd edək ki, iclas mətbuatın iştirakı olmadan davam etdirilir. Sabah isə iclasın yekunları ilə bağlı mətbuat konfransı keçiriləcək.
URL / WWW
http://kelam.az/news/a-2176.html