Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Müvəqqəti işlər vəkilləri Xarici İşlər Nazirliyinə dəvət olunublar
17.11.09 20:20

Norveç Krallığı və Almaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilləri Lars Hansen və Peter Zigler Xarici İşlər Nazirliyinə dəvət olunublar. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər nazirinin müavini Vaqif Sadıqov ilə keçirilən görüşlərin mövzusu Emin Abdullayev və Adnan Hacızadə barəsində qaldırılmış cinayət işi üzrə Səbail rayon Məhkəməsinin qəbul etdiyi qərarla bağlı Norveçin Azərbaycandakı səfirliyinin 11 noyabr tarixli bəyanatı və Almaniyanın Azərbaycandakı səfirliyinin 12 noyabr tarixli mətbuat üçün məlumatı olub. V.Sadıqov xarici səfirliklərin sənədlərində əks olunmuş fikirlərin Azərbaycan tərəfindən təəccüblə qarşılandığını və böyük təəssüf doğurduğunu diplomatların nəzərinə çatdırıb. Bildirilib ki, məhkəmə prosesinin keçirilməsi Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun və prosessual qaydalara riayət edilərək həyata keçirilib, o cümlədən məhkəmənin işinin şəffaflığı təmin edilib və onun mətbuat tərəfindən işıqlandırılması üçün bütün şərait yaradılıb. Səfirliklərin qeyd olunan sənədlərində yer tapmış fikirlər tam əsassız, ölkələrimiz arasındakı münasibətlərin səviyyəsinə uyğun olmayan və onların inkişafına təsir edə bilən, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi və qəbulolunmaz kimi qiymətləndirilb. Öz növbəsində hər iki diplomat görüşlərdə qaldırılan məsələyə dair Azərbaycan tərəfinin mövqeyini öz rəsmi qurumlarına çatdıracaqlarını bildiriblər.
URL / WWW
http://kelam.az/news/a-217.html