Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Layihələrin 60 faizi yekunlaşıb
17.11.09 20:20

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi layihələrin 60 faizi yekunlaşıb. Bu barədə məlumatı Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərəsət Qurbanov verib. Hazırda Katiblik tərəfindən monitorinqlərin yekunlarına dair sənəd üzərində iş aparıldığını vurğulayan F.Qurbanov ilin sonunda yekun məlumatların ictimaiyyətə açıqlanacağını söyləyib. F.Qurbanov QHT-lər tərəfindən həyata keçirilən layihələrin icra vəziyyəti ilə bağlı məsələyə də münasibət bildirib və qeyd edib ki, layihələrin icrasını keyfiyyət baxımından ötən illərə nisbətən uğurlu hesab etmək olar. İcraçı direktor layihələrin icrası ilə bağlı məlumatların işıqlandırılmasında QHT ilə mətbuatın əməkdaşlıq etməsində Şuranın rolu məsələsinə də münasibətini açıqlayıb. O qeyd edib ki, Şura QHT-lərə hər hansı tövsiyyə vermir, bu, QHT-lərin peşəkarlığı və marağında olan məsələdir. “Əlbəttə təşkilatlar media ilə əməkdaşlığı nəzərdə tutsalar, buna baxıla bilər. Yəni, bu təşəbbüs yalnız QHT-lər tərəfindən olmalıdır”,-deyə F.Qurbanov məsələyə münasibət bildirib.
URL / WWW
http://kelam.az/news/a-214.html