Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Argentinanın xarici işlər naziri Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadəni qəbul edib
26.10.10 20:17

Argentinanın xarici işlər, beynəlxalq ticarət və etiqad naziri Hektor Timerman Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadəni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə səfir M.Əhmədzadə Azərbaycandakı ictimai-siyasi vəziyyət, dinamik iqtisadi yüksəliş, ölkəmizin enerji strategiyası, neft və qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın digər sahələrinin inkişafı, habelə ölkədə sosial rifahın təmin edilməsi istiqamətində həyata keçirilən siyasət barədə danışıb. Azərbaycanın xarici siyasəti barədə məlumat verən M.Əhmədzadə bu siyasətin ölkəmizin milli maraqlarının təmin edilməsinə, bütün ölkələrlə qarşılıqlı səmərəli və mehriban münasibətlərin inkişafına yönəldiyini vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-2138.html