Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Qanunsuz ovlanmış quşların satıldığı aşkar edilib
17.11.09 20:20

Su bataqlıq quşlarının miqrasiya mövsümünün başlanması və “quş qripi” xəstəliyi təhlükəsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbələrinin əməkdaşları nəzarət etdikləri inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı), (Şirvan, Sabirabad, Neftçala, Biləsuvar, Salyan, Hacıqabul) monitorinq və reydlər keçiriblər. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vəhşi çöl quşlarının yaşadığı, qışladığı, çoxalıb artdığı ərazilərdə keçirilən monitorinqlər zamanı xəstə, halsız quşlara və ya quş cəsədlərinə rast gəlinməyib.Lənkəran şəhərinin mərkəzi bazarında keçirilən reydlər zamanı isə qanunsuz olaraq ovlanmış 12 ədəd qaşqaldaq quşunun satıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunub və çöl quşları götürülərək Lənkəran rayon Baytarlıq İdarəsi mütəxəssislərinin iştirakı ilə yandırılaraq məhv edilib. Çöl quşlarının qanunsuz ovlanması və satılmasının qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq qurumlarına tapşırıq verib.
URL / WWW
http://kelam.az/news/a-213.html