Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » İranda Çap və bağlama sənəti üzrə I Beynəlxalq sərgi keçiriləcək
17.11.09 20:20

Cari il noyabrın 19-dan 23-dək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Mədəniyyət İnstitutunun dəvəti ilə İranın Məşhəd şəhərində Çap və bağlama sənəti üzrə keçiriləcək I Beynəlxalq sərgidə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək. Bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Ölkəmizi təmsil etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov, mətbuat katibi İntiqam Hümbətov, “Ozan” Nəşriyyatının direktoru Asif Rüstəmli, Kitabxana kollektorunun direktoru Xavər Murtuzayeva, “Kür-Araz” Nəşrlər Evinin baş direktoru Rəhilə Quliyeva, “Nağıl evi” Nəşriyyatının direktoru Ələddin Əsədov, “Şirvannəşr” Nəşriyyatının direktoru Qəşəm İsabəyli, “Kitab Klubu”nun direktoru Elxan Rzayev, “Mədəniyyət” kataloqunun baş redaktoru Leyla Əfəndiyeva, “Mütərcim” Nəşriyyatının direktoru Telman Cəfərov 18-24 noyabr tarixlərinə Məşhəd şəhərinə ezam ediliblər.
URL / WWW
http://kelam.az/news/a-212.html