Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » R.T. Ərdoğan: “Silahlı hücumla qürur duyan bir nazirlə görüşmərəm”
19.10.10 19:18

Əgər İsrailin baş naziri “Aralıq dənizi iqlim dəyişikliyi təşəbbüsü" konfransında iştirak edəcəksə, mən orda olmayacağam. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib. R.T.Ərdoğan qeyd edib ki, silahlı hücumla qürur duyan bir baş nazirlə görüşdə iştirak edə bilmərəm. “İsrail yaxın şərqdə önəmli bir dostunu itirmə təhlükəsi ilə üz-üzədir, bu da Türkiyədir”,-deyə Baş nazir əlavə edib. Xatırladaq ki, iqlim dəyişikliyi ilə bağlı konfrans oktyabrın 21-22-də Afinada keçiriləcək və İsrail həmin ölkələr arasında yer almayıb.
URL / WWW
http://kelam.az/news/a-2102.html