Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Türkiyənin energetika naziri Azərbaycan qazının qiymətindən danışıb
17.11.09 20:20

Azərbaycan və Türkiyə arasında təbii qazın mübadiləsi ilə bağlı danışıqlar davam edir. Bu barədə məlumatı Türkiyənin energetika naziri Taner Yıldız verib. “Azərbaycanla olan danışıqlar davam edir. Biz qazı dünya qiymətlərinə uyğun almaq qərarına gəlmişdik, amma azərbaycanlı qardaşlarımız Türkiyə üçün endirim edəcəyinə söz verib. Bizim Azərbaycanla “mavi yanacağ”ın alınması ilə bağlı 2001-ci ildən razılığımız var, hər kubmetrə 120 dollar, lakin qaz Türkiyəyə 2007-ci ilin iyulundan verilməyə başlanıb. Biz 10 aydır ki, Azərbaycandan ucuz qaz alırıq, indi isə dünya formuluna keçirik”,-deyən T.Yıldız Azərbaycanla olan danışıqların 95%-nə nail olunduğunu söyləyib. Qiymətin müxtəlifliyinə görə Türkiyənin Azərbaycana 600-900 milyon dollar arasında məbləğ ödəməli olacağını bildirən T.Yıldız hazırda bu məsələ ilə bağlı da danışıqların getdiyini söyləyib. Türkiyənin həmişə Azərbaycanın yanında olduğunu deyən T.Yıldız digər dövlətlərə nisbətən ölkəsinə qazın daha ucuz satılacağına ümid etdiyini vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-208.html