Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda Şotlandiyanın Müqəddəs Endryu günü qeyd ediləcək
16.11.09 21:25

Noyabrın 21-də Bakıda, Şotlandiyanın Müqəddəs Endryu günü qeyd ediləcək. Bu barədə məlumatı KƏLAMİNFO-a Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən veriblər. Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu şənbə günü, İçəri Şəhərdə çıxış edəcəklər və parad keçirəcəklər. Zurnaçılar öz ifalarına Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçəri Şəhərin küçələrindən keçəcəklər. Zurnaçıların nümayişi İçəri Şəhərin əsas küçələrində təxminən bir saat davam edəcək və Qız Qalasının yanında yekunlaşacaq. "İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov bu cür tədbirlərin təşkilini dəstəkləməkdə məqsədin İçəri Şəhərin beynəlxalq aləmdə təbliğini daha da genişləndirməkdən ibarət olduğunu bildirib.
URL / WWW
http://kelam.az/news/a-205.html