Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » AZPROMO sahibkarlıq subyektlərindən qeyri-neft sektorunu əhatə edən layihələrin qəbulunu davam etdirir
08.10.10 17:27

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə iqtisadiyyatın qeyri-neft sektorunun sahələrini əhatə edən və xarici investisiyaların cəlbi üçün nəzərdə tutulmuş layihələrin sahibkarlıq subyektlərindən qəbulunu davam etdirir. İİN-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sahibkarların investisiya layihələri qeyri-neft sektorunun sahələrini əhatə etməli, maliyyə baxımından əsaslandırılmış və iqtisadi cəhətdən səmərəli olmalı, beynəlxalq standartlara cavab verən müəssisələrin yaradılmasını və ya müəssisələrin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmasını, əsasən ixracyönümlü və idxaləvəzləyici, yüksək keyfiyyətli, rəqabətə davamlı məhsulların istehsalını nəzərdə tutmalıdır.Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu əldə olunmuş investisiya təkliflərini birbaşa olaraq xarici investorlara və tərəfdaşlara təqdim edir. Qeyd edək ki, investisiya layihələri aşağıdakı məlumatları özündə əks etdirməlidir: - Layihənin adı və həyata keçiriləcəyi yer; - Layihənin məqsədi və təsviri; - Layihənin dəyəri və təklif olunan maliyyələşdirmə sxemi və ya pay bölgüsü; - Layihənin həyata keçirilmə və özünü ödəmə müddəti; - Layihəni həyata keçirən şirkət/benefisiar barədə məlumat (şirkətin adı, ünvanı, əlaqəli şəxsin adı, vəzifəsi və əlaqə vasitələri (mobil telefon və elektron poçt)) Xatırladaq ki, İnvestisiya layihələri azərbaycan və ingilis dillərində qəbul olunur. Sahibkarlıq subyektləri investisiya təkliflərini elektron daşıyıcılarında və ya çap şəklində aşağıda qeyd olunan ünvana təqdim edə bilərlər.
URL / WWW
http://kelam.az/news/a-2040.html