Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » BP şirkətinin yeni prezidenti Robert Dadli Azərbaycanda işgüzar səfərdədir
06.10.10 16:46

BP Qrupunun yeni prezidenti Robert Dadli şirkətin keçmiş prezidenti Toni Heyvordla birlikdə Azərbaycanda işgüzar səfərdədir. “BP Azərbaycan”ın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu səfər BP qrupu baş icraçı şəxslərinin işləri bir-birinə təhvilvermə prosesinin bir hissəsi kimi planlaşdırılıb. R. Dadli BP qrupunun yeni prezidenti kimi öz vəzifəsinin icrasına bu il oktyabr ayının 1-dən başlayıb. Onun səfər proqramına “BP Azərbaycan”ın rəhbərliyi və işçi heyəti ilə bir sıra görüşlər, həmçinin Səngəçal terminalına səfər daxildir. BP qrupunun yeni prezidenti kimi R. Dadli Azərbaycan prezidenti İlham Əliyevə təqdim olunacaq və ona BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələr üzrə işlərin cari vəziyyəti və planlar barədə məlumat verəcək. R. Dadli həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşərək gələcək əməkdaşlıq planlarını müzakirə edəcək.
URL / WWW
http://kelam.az/news/a-2012.html