Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycanda keçirilən seçkilərdə demokratik irəliləyişin olması qənaətindədir
16.11.09 21:25

Azərbaycanda seçkilər sahəsində demokratik irəliləyişin olması qənaəti var. Amma bununla bərabər bəzi problemlər də mövcuddur. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel söyləyib. Azərbaycan qanunlarına görə, hərbçilərin də ümumi seçki məntəqələrində səs verməli olduqlarını diqqətə çatdıran B.Cankorkel bildirib ki, bir sıra hallarda hərbi hissələrin özündə seçki məntəqələri də yaradılır. “Biz istəyirik ki, hərbçilərin səsvermə məsələsi qanunlara tam uyğun olaraq tətbiq edilsin. Amma belə görünür ki, bu, tam belə deyil”,-deyə diplomat əlavə edib. Təmsil etdiyi təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda ötən il keçirilən prezident seçkiləri ilə bağlı hazırladığı hesabata toxunan səfir həmin hesabatda bəzi problemlərin yer aldığını söyləyib. O, seçki məntəqələrində veb-kameraların quraşdırılması, seçici siyahılarının dəqiq hazırlanması, dövlət nümayəndələrinin prosesə müdaxiləsinin daha az olmasını müsbət hal kimi dəyərləndirib.
URL / WWW
http://kelam.az/news/a-201.html