Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 011 nəfərə çatıb
05.10.10 18:55

Cari ilin 01 tarixinə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı 7, 4 faiz artıb. Belə ki, bu ilin 9 ayı ərzində DSMF tərəfindən əlavə olaraq 122 082 sığortaolunana fərdi şəxsi hesab açılıb. DSMF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, nəticədə Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 762 011 nəfərə yüksəlib.Fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” AR Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır. Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan sığortaolunanlar arasında kişilər çoxluq təşkil edir- 974 922 nəfər. Fərdi şəxsi hesabı olan sığortaolunanların 787 089 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 466 824 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 416 127 nəfər, 30-40 yaşa kimi sığortaolunanlar 392 574 nəfər, 50-60 yaşa kimi sığortaolunanlar 343 110 nəfər, 60 yaşdan yuxarı olan sığortaolunanlar isə 143 376 nəfərdir.
URL / WWW
http://kelam.az/news/a-2004.html