Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Elektirik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır
05.10.10 18:55

“Xaçmaz” və “Quba” PEŞ-lərinin əməkdaşları tərəfindən elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı vaxtında alınır və həmin istehlakçılar barəsində müvafiq tədbirlər görülür. “Azərenerji” ASC-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, cari ilin avqust ayında “Xaçmaz” PEŞ-in müəssisənin xidməti ərazisində keçirilən reydlər zamanı 40 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilən qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 40,7 min kVt/saata yaxın itirilən elektrik enerjisinin 2,4 min manatdan çox istehlak dəyəri bərpa olunub. Hesabat ayında həmin bu məbləğin 46%-dən çox hissəsinin ödənişi təmin edilib. Cari ilin 8 ayı ərzində isə 443 qayda pozuntusu aşkar edilərək akt tərtib olunub. 1,3 mln kVt/saata yaxın itirilən elektrik enerjisinin 77,8 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 15%-dən artıq hissəsinin ödənişi təmin edilib. Quba PEŞ-də cari ilin avqust ayında burada keçirilən reydlər zamanı 44 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 189,3 min kVt/saatdan artıq itirilən elektrik enerjisinin 11,4 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin olunub. Bu ilin ilin 8 ayı ərzində müəssisənin xidməti ərazisində aparılan yoxlamalar zamanı 256 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb, 610,6 min kVt/saatdan artıq itirilmiş elektrik enerjisinin 36,6 min manatdan çox istehlak dəyəri bərpa olunub.
URL / WWW
http://kelam.az/news/a-2001.html