Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əsas kapitala 5,2 mlrd. manat investisiya yönəldilib
21.10.09 20:25

Cari ilin 9 ayında Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 5,2 mld. manat investisiya yönəldilib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir. İnvestisiyaların 71,6%-i və ya 3,7 mlrd. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əsas kapitala yönəldilən vəsaitin 82,4%-ni və ya 4,3 mlrd. manatını daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilən sərmayənin 48,2%-ni müəssisə və təşkilatların vəsaitləri, 36,5%-ni büdcə vəsaitləri, 3,7%-ni əhalinin xüsusi vəsaiti və 11,6%-ni digər vəsaitlər təşkil edib.
URL / WWW
http://kelam.az/news/a-20.html