Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Əli Həsənov parlament seçkilərinin təxirə salınması məsələsinə münasibət bildirib
16.11.09 21:25

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov parlament seçkilərinin təxirə salınması məsələsinə münasibət bildirib. KƏLAMİNFO xəbər verir ki, Ə.Həsənov 2010-cu ildə keçiriləcək parlament seçkilərinin təxirə salınmasını lüzumsuz hesab edir. "Deputat Aydın Həsənovun parlament seçkilərinin təxirə salınması barədə təklifini ciddi hesab etmirəm və onun təklifi ölkə parlamenti tərəfindən bəyənilməyib",-deyə Ə.Həsənov vurğulayıb. Ə.Həsənov bildirib ki, Azərbaycanda demokratiya və hakimiyyət bölgüsü mövcuddur və bütün ümumrespublika tədbirləri qrafikə əsasən keçirilməlidir. Onun sözlərinə əsasən, Azərbaycanın seçkilərin keçirilməsi üçün kifayət qədər vəsaiti var. Qeyd edək ki, Milli Məclisin iclasında deputat Aydın Həsənov seçkilərin Ermənistanla hərbi münaqişə və qlobal maliyyə böhranı səbəbindən təxirə salınması barədə təkliflə çıxış edib.
URL / WWW
http://kelam.az/news/a-199.html