Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev alman həmkarı Kristian Vulfa təbrik məktubu göndərib
04.10.10 18:19

Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının milli bayramı münasibətilə Prezident Kristian Vulfa təbrik məktubu göndərib. KƏLAMİNFO xəbər verir ki, məktubda deyilir: “Milli bayramınız – Alman birliyi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-Almaniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi, istər ikitərəfli qaydada, istərsə də Avropa strukturları çərçivəsində səmərəli əməkdaşlığımız məmnunluq doğurur. Əminəm ki, dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik. Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına sülh və rifah diləyirəm”.
URL / WWW
http://kelam.az/news/a-1981.html