Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisdə “Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi” mövzusunda beynəlxalq konfrans keçirilir
16.11.09 21:25

Bu gün Bakıda Milli Məclisin, BMT-nin Uşaq Fondunun (YUNİCEF) və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkilatçılığı ilə “Uşaqlar üçün ədliyyə: qanunvericilik və onun tətbiqi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda deputatlar, ədliyyə və hüquq sahəsində ixtisaslaşmış beynəlxalq və yerli mütəxəssislər iştirak edirlər. Konfransda çıxış edən Bahar Muradova bildirib ki, qadınlara Şərqdə ilk dəfə demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçki hüquqlarının verilib. O, qeyd edib ki, konfransda əsas müzakirə mövzusu olan yuvenal ədliyyə 20 yaşadək uşaqların və gənclərin hüquqlarının qorunması və onların cəmiyyətə təkrar inteqrasiyanı özündə ehtiva edir. YUNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard isə belə bir mötəbər tədbirin Azərbaycanda “Uşaq ili” çərçivəsində keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Dünyada bir çox hallarda uşaqların zorlamaya, prixoloji sarsıntıya məruz qaldığını və cinayətə sövq edildiyini diqqətə çatdıran M.Herevard bu cür halların qarşısının alınması və məhbəsdən çıxan uşaqların reabilatisiyası üçün əməli işlər görülməli olduğunu vurğulayıb. M.Herevard Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərin qənaətbəxş olduğunu söyləyib. Ədliyyə nazirinin birinci müavini Toğrul Musayev və Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri komitəsinin sədri Əli Hüseynov çıxış edərək ölkəmizdə ədliyyə, hüquq, məhkəmə sahəsində beynəlxalq təcrübəyə uyğun olaraq islahatların həyata keçirildiyini bildirib, bu istiqamətdə qanunvericilik bazasının daha da möhkəmləndirildiyini vurğulayıblar. BMT-nin uşaq hüquqları komitəsinin sabiq sədri Yaap Doek “Yuvenal ədliyyə haqqında” model qanun layihəsinin əsas müddəalarından, YUNİCEF-in regional ofisinin uşaqların müdafiəsi üzrə eksperti xanım Severine Jakomi-Vite MDB və Şərqi Avropa ölkələrində uşaqlar üçün ədliyyə sahəsində islahatlardan və müsbət təcrübədən danışıb. Tədbirdə qanunvericilikdə islahatların aparılması, yuvenal ədliyyənin yaradılmasının beynəlxalq standartlara uyğun olaraq nəzərdən keçirilməsi, zərər çəkmiş və şahidlik üçün yetkinlik yaşına çatmış şəxslərlə bağlı ədliyyə sahəsində qanunvericilik və digər mövzularda fikir mübadiləsi aparılacaq. Sabah konfransın yekununda isə Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/news/a-198.html