Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » MDB gəncləri Tacikistanda beynləxalq tədbir keçirib
01.10.10 20:03

MDB-nın Gənclər üzrə Şurası və Tacikistan Gənclər, İdman və Turizm Komitəsi tərəfindən Düşanbədə və bu ölkənin Varzob regionunda “MDB üzv ölkələrinin gənc ekologlar məktəbi “Birliyin ekologiyası”” adlı Beynəlxalq gənclər təhsil-ekolojı düşərgəsi keçirilib. Tədbirə Azərbaycan da qatılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.Beynəlxalq düşərgədə Azərbaycanla yanaşı, Ermənistan, Belarus, Qazaxstan, Qırğızıstan, Moldova və Rusiyadan olan gənclər iştirak ediblər. Düşərgənin keçirilməsində əsas məqsəd elm sahəsində çalışan gəncləri ekolojı problemlərin həllinə cəlb etmək, MDB üzv ölkələrində ətraf mühitin qorunması sahəsində çalışan gənclər təşkilatlarının məlumat bazasını yaratmaq və eyni zamanda MDB məkanında beynəlxalq gənclər əməkdaşlığını inkişaf etdirməkdir. Tədbirin nəticəsində gələcək planların yerinə yetirilməsi üçün Qətnamə qəbul olunub. Bu tədbirdə Azərbaycanı Yaşıl Velosipedçilər Klubunun sədri Elşən Nuriyev, Gənc Təlimçi Məktəbinin ekologiya sahəsi üzrə təlimçisi Sevinc Saruxanova, Leyla Əmirova, Gənclər üçün Təhsil Mərkəzinin sədr müavini Elnur Axundov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvü Nuranə Axundzadə və Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Əligül Ağayev təmsil ediblər.
URL / WWW
http://kelam.az/news/a-1979.html