Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda “Azərbaycanda Diffamasiya və İfadə azadlığı” adlı konfrans öz işinə başlayıb
16.11.09 21:25

Bu gün Bakıda, Avropa Şurasının Azərbaycandakı nümayəndəliyi ilə Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycanda Diffamasiya (nüfuzun qorunması) və İfadə azadlığı” adlı konfrans öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, konfransda çıxış edən Avropa Şurasının Azərbaycandakı İnformasiya Ofisinin direktoru İlqar İbrahimli bildirib ki, tədbir Diffamasiya haqqında hazırlanan qanun və ümumiyyətlə jurnalist fəaliyyəti ətrafında yeni fikirlərin ortaya çıxarılması ilə bağlıdır. Avropa Şurası Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek diffomasiyanın hər hansı bir şəxsin informasiya ötürməsində digər şəxslərin nüfuzuna xələl gətirməməsində özünü göstərən başlıca amil olduğunu söyləyib. Onun sözlərinə görə, aparılan monitorinqlər nəticəsində Azərbaycanda bu sahədə müəyyən çatışmamazlıqların hələ də mövcud olduğu nəzərə çarpır. Bu sahədəki məhkəmə çəkişmələrini əsas gətirən V.Kotek qeyd edib ki, bununla bağlı zəruri olaraq Azərbaycanda bir sıra müzakirə və tədbirlərin həyata keçirilməsinə ehtiyac var. O, qeyd edib ki, ilk olaraq dörd istiqamətdə addımın atılması vacibdir; dövlət məmurları bilməlidirlər ki, jurnalistlərin lazımı fəaliyyəti ilə cinayət işi qarışmamalıdır, medianın etik qaydalara riayət etməsi ilə fəaliyyətini qurması, məhkəmə sistemində jurnalist fəaliyyətinə diqqətlə yanaşılması və qanunvericiliklə bu sahədə vəzifəli şəxslərin münasibəti müzakirə edilməlidir. V.Kotek müzakirlərdə mətbuat sahəsində hər hansısa görülən işi demokratik cəmiyyətin tələblərinə uyğunlaşdırılmasının unutmamağı da konfrans iştirakçılarına xatırladıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Diffamasiya haqqında qanun Azərbaycan cəmiyyəti üçün ən vacib məsələlərdən biridir. Ə.Amaşov bu qanunun cəmiyyətimiz üçün hansı faydaları verə biləcəyinin ətraflı müzakirə olunmasını vacib sayıb. Onun sözlərinə görə, hazırlanan qanun müzakirə olunduqdan sonra qanunvericilikdə təsdiq olunarsa o zaman jurnalistlərlə bağlı cinayət məcəlləsində 147, 148 və 323-cü maddələr qüvvədən düşəcək. Ə.Amaşov bildirib ki, bu qanunun təsdiq olunması ölkəmizdə normal jurnalistikanın fəaliyyəti üçün daha da geniş zəmin yaradacaq və Azərbaycanda jurnalistika-məmur münasibətlərinə aydınlıq gətirəcək. Prezident Administirasiyasının sektor müdiri Vüqar Əliyevin sözlərinə görə, Azərbaycanda hazırda 4000 mətbuat orqanı, yüzlərlə qəzet və agentliklərin qeydiyyatdan keçərək sərbəst fəaliyyət göstərdiklərini söyləyib. İstənilən vətəndaşın hüququnun qorunması hökumətin başlıca prinsipi olduğunu deyən V.Əliyev hökumətin Diffamasiya haqqında qanunun tətbiq olunmasının heç zaman əlehinə omadığını vurğulayıb. O, qeyd edib ki, bu qanun təsdiq olunmamışdan əvvəl cəmiyyətdə geniş müzakirəyə çıxarılmalıdır. Qeyd edək ki, Diffamasiya haqqında qanunun ərsəyə gəlməsi Media Hüquq İnstitutu əsas rol oynayıb. Konfrans geniş müzakirələrlə iki sessiyada: Diffamasiyanın Avropa standartlarına uyğun konsepsiyası və hüquqi bazası; mövcud hüquqi baza və və praktika hissələri ilə davam edib. Müzakirələrə Böyük Britaniya Birləşmiş Krallığının məsləhətçisi Hyu Tomlinson və Avropa Şurasının eksperti, Müstəqil Jurnalistika Mərkəzinin direktoru xanım İoana Avadani ilə yanaşı ölkəmizin bütün mətbuat və Teleradio şirkətlərinin nümayəndələri, eklspertlər və tanınmış hüquqşünaslar qatılıblar.
URL / WWW
http://kelam.az/news/a-197.html