Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Milli Məclisin payız sessiyası işə başlayıb
30.09.10 18:21

Bu gün Milli Məclis payız sessiyasının ilk, III çağırış müddətində isə son iclası işə başlayıb. KƏLAMİNFO xəbər verir ki, iclasda spiker Oqtay Əsədov parlamentin başa çatmaqda olan III çağırış müddətində görülən işlər haqqında məlumat verib. Spiker bildirib ki, Milli Məclisin başa çatmaqda olan III çağırış müddəti ərzində 1058 qanun və qərar qəbul edib. O, qarşıdan gələn parlament seçkilərinin də ölkədə uğurlu keçəcəyinə ümid etdiyini bildirib, millət vəkillərindən bunun üçün bütün səylərini ortaya qoymalarını xahiş edib. Sonra iclasın gündəliyinə təklif olunan 34 məsələ millət vəkilləri tərəfindən qəbul olunaraq müzakirəyə verilib. Qeyd edək ki, payız sessiyasının qanunvericilik işləri planına ümumilikdə 12 məsələ daxildir. Sentyabrın 30-u və oktyabrın 8-də keçiriləcək iclaslarda 34 sənəd, hökumətlərarası sazişin ratifikasiyasına dair qanun layihəsi, bir sıra qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq. Bunlar, əsasən dövlət başçısının, Ali Məhkəmə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi və digər qurumların qanunvericilik təşəbbüsü ilə daxil olan sənədlərdir.
URL / WWW
http://kelam.az/news/a-1961.html