Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “Bələdiyyələr gərəkli bir orqan olduqlarını sübut etməlidirlər ki, insanlar öz həyatlarını onlarsız təsəvvür etməsinlər”
16.11.09 21:25

PA-nın şöbə müdiri: “Bələdiyyələr gərəkli bir orqan olduqlarını sübut etməlidirlər ki, insanlar öz həyatlarını onlarsız təsəvvür etməsinlər”. Parlament və prezident seçkiləri ilə müqayisədə bələdiyyə seçkilərinə maraq az olur. Bu, ilk növbədə ondan irəli gəlir ki, Azərbaycanda hələ də bələdiyyə institutu ictimai-siyasi, iqtisadi, ümumiyyətlə, ölkə həyatının tam bərabər hüquqlu üzvünə yeni-yeni çevrilir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdiri Əli Həsənov söyləyib. Dünya ölkələrində bələdiyyələrin yaşı, təcrübəsi 50-100 illərlə ölçüldüyünü diqqətə çatdıran Ə.Həsənov Azərbaycanda bələdiyyələrin hələ çox çalışmalı oloduqlarını vurğulayıb. “Onlar gərəkli bir orqan olduqlarını sübut etməlidirlər ki, insanlar öz həyatlarını bələdiyyəsiz təsəvvür etməsinlər. Ona görə, də açıq deyək ki, bələdiyyə seçkilərinə maraq digər seçkilərdən azdır. Buna baxmayaraq, bələdiyyə seçkiləri kütləviliyinə görə seçilir. Bələdiyyə seçkilərində namizədlərin sayı 50 minlərlə olur. Kütləviliyi nəzər alsaq, istər seçici, istərsə də namizəd baxımından heç bir Azərbaycan vətəndaşı bu prosesdə kənarda qalmır. Lakin bələdiyyə seçkilərinə marağı artırmaq üçün hələ çox çalışmalıyıq”,-deyə Ə. Həsənov əlavə edib.
URL / WWW
http://kelam.az/news/a-196.html