Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » “İslahat” bloku KİV-in fəaliyyətindən narazıdır
27.09.10 18:39

Noyabrın 7-də keçiriləcək növbəti parlament seçkilərinə təkcə partiyalar deyil, eləcə də, KİV nümayəndələri də hazırlaşır. Görəsən, partiyalar və bloklar KİV-in fəaliyyətindən razıdırlarmı? KƏLAMİNFO ilk olaraq “İslahat” blokunun nümayəndələrinin fikirlərini öyrənib. BAXCP-nin baş katibi Söhrab Abdullayev KİV-in parlament seçkilərini işıqlandırılmasını zəif hesab edir. “MSK-nın tam formalaşmamış seçkiyə getməsi doğru deyil. MSK-nın formalaşması məsələsi dəfələrlə gündəmə gəlsə də nəticəsiz qaldı”,-deyən S.Abdullayev qeyd edib ki, qara piara qarşı həmişə mübarizə aparmağa çalışırıq, bizə tez-tez zənglər olur və biz çalışırıq həmin insanlara informasiya verməyək. O, həmin insanların jurnalist və ya xüsusi tutulmuş şəxs olduğunu belə bilmədiklərini söyləyib. Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin sədri Əjdər Əliyev isə qeyd edib ki, indi artıq ayrı-ayrı tərəfdar qəzetlər var ki, onlara yandaş mediada deyirlər. “Həmin yandaş mediada onlara münasib partiyaların fəaliyyəti təbliğ olunur və digər partiyalara əhəmiyyət verilmir. Eyni zamanda iqtidar mediasında da buna rast gəlmək olur”,-deyən Ə. Əliyev bildirib ki, tam mənada neytral mövqedə fəaliyyət göstərən mətbuata rast gəlmək çətindir. “İndi hansı partiyanın mətbuat orqanı varsa, həmin partiyanın bütün hazırlığı orda ətraflı işıqlanır və digər partiyalara isə yer verilmir. Bizi narahat edən odur ki, tamamilə bütün siyasi baxışları özündə əks etdirən, bitərəf mövqedə dayanan mətbuat orqanları çox azdır”,-deyə BQP Ali Məclisinin sədri vurğulayıb. O, bəzən mətbuatda qara-piardan da istifadə olunduğunu söyləyib.
URL / WWW
http://kelam.az/news/a-1938.html