Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edib
24.09.10 15:45

Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında təşkilatın Baş Məclisinin 65-ci sessiyası çərçivəsində ümumi müzakirələr başlayıb. KƏLAMİNFO xəbər verir ki, Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edib.
Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsi və onun həllinə mane olan Ermənistanın qeyri-konstruktiv mövqeyindən, BMT Təlükəsizlik Şurasının yerinə yetirilməyən qətnamələrindən, Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycanın mədəni və tarixi köklərini sübut edən tarixi və mədəniyyət abidələrini məhv etmək siyasətindən danışıb.  Prezident həmçinin regionda sülh və sabitliyə nail olmaq üçün ATƏT-in Minsk qrupunun sülhməramlı missiyasının genişləndirilməsinə ümid etdiyini bildirib.
URL / WWW
http://kelam.az/news/a-1931.html