Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » A.Rəhimov: “İdman-mərc oyunlarında lisenziya pulsuzdur”
23.09.10 15:53

Azərbaycanda idman-mərc oyunları (totalizatorluq) ilə bağlı lisenziyalar üçün ödəmələr olmayacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. Nazir qeyd edib ki, yaxın günlərdə ölkədə bu sistem fəaliyyətə başlayacaq. “Burada iş icraçıları üçün lisenziya haqqı olmayacaq. Yalnız istifadə olunan post-terminal avadanlıqları üçün 3 min manat vəsait banka ödəniləcək. Yəni, istənilən an avadanlıqlar geri qaytarıldığı təqdirdə həmin vəsait də öz sahibinə geri veriləcək. Eyni zamanda hansı məbləğdə mərcdə pul oynalıcaqsa o məbləğ də müvafiq bankda dövr edəcək. Yəni, bu işlə məşğul olan obyekt fəaliyyət göstərdiyi müddətdə oynanılan məbləği bankda yatırtmalıdır”,-deyə nazir açıqlayıb.
URL / WWW
http://kelam.az/news/a-1921.html