Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Ermənilər atəşkəsi pozmaqda davam edir
23.09.10 15:53

Ermənilər dünən saat 17.10-dan 17.20-dək Ermənistanın Berd rayonu Çinarlı kəndində yerləşən mövqelərdən Qazax rayonu Koxanəbi kəndində yerləşən mövqelərimizi, saat 19.00-dan 19.20-dək Goranboy rayonu Gülüstan, saat 23.30-dan 23.50-dək Füzuli rayonu Aşağı Əbdülrəhmanlı, saat 23.30-dan 23.50-dək Cəbrayıl rayonu Cocuq Mərcanlı və sentyabrın 23-də saat 04.30-dan 04.40-dək Tərtər rayonu Seysulan kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 04.28-dən 04.40-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
URL / WWW
http://kelam.az/news/a-1920.html