Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Bakıda vizaların sadələşdirlməsi üçün qərar qəbul olunub
23.09.10 15:53

Bakıda Avropa Şurasına üzv ölkələrin idman nazirləri birgə toplantıda beynəlaxlq yarışlarda iştirak üçün idmançılara vizaların verilməsinin sadələşdirilməsi haqqında qərar qəbul ediblər. KƏLAMİNFO xəbər verir ki, bu barədə EPAS-ın sədri Yan-luc Yanizevski açıqlamasında bildirib. O, qeyd edib ki, təkcə 2009-cu ildə Avropada 600 müxtəlif beynəlxalq çempionatlar təşkil olunub ki, burada iştirak edən idmançılara viza ilə bağlı 1 mln. avrodan çox vəsait sərf olunub. “Bu kifayət qədər çox böyük bir məbləğdir. Ona görə də zəruridir ki, bu vizalar mümkün qədər sadələşdirilsin və iştirak edən ölkələr üçün xərclər kifayət qədər yüngülləşsin. Bu gün də bununla bağlı razılıq əldə olundu. Qərara alındı ki, yüksək səviyyəli idmançılar və onları dəstəkləyən şəxslər üçün yalnız Avropada keçirilən yarışlar üçün viza rejimi sadələşdirilsin. Bunun üçün bizə 1999-cu ildə Avrpa Şurası tərəfindən qəbul olunan qərar da əsas verir”,-deyə sədr vurğulayıb.
URL / WWW
http://kelam.az/news/a-1918.html