Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » Erməni zabit Azərbaycana casusluqda ittiham olunub
23.09.10 15:53

Erməni Silahlı Qüvvələrinin pokovnik-leytenantı bir İran vətəndaşı ilə birlikdə Azərbaycan tərəfə casusluqda ittiham olunur. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, sentyabrın 22-də İrəvanda məhkəmə onların işləri üzrə prosesin davam etdirilməsinə qərar verib. İrəli sürülən ittihama görə, Azərbaycanın xüsusi xidmət orqanları I Qarabağ müharibəsində “Yeni Odiseya” dəstəsinin komandiri olmuş, sonradan ehtiyata buraxılmış pokovnik-leytenat Gevork Ayrapetyanı əməkdaşlığa cəlb edib və ona gizli informasiyalar toplamaq tapşırılıb. 2009-cu ildə o, Azərbaycana ötürməsi üçün bir videodiski İran vətəndaşı Behnam Bağıriyə verib. Amma həmin disk Mehridə gömrükdə yoxlama zamanı B.Bağırinin çantasından tapılıb. Casusluq yolu ilə vətənə xəyanət ittihamı üzrə açılan cinayət işi məhkəməyə verilib və proses qapalı şəkildə aparılır. Lakin, ittiham olunanların heç biri ittihamı qəbul etmir, bunun saxta olduğunu deyirlər. Vəkilləri də bildirirlər ki, bu işin qapalı aparılmasına heç bir əsas yoxdur. Çünki cinayət işində dövlət sirri ola biləcək heç bir məlumata rast gəlinmir.
URL / WWW
http://kelam.az/news/a-1917.html