Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Xəbərlər » M.Zülfüqarlı M.Limantasla görüşüb
23.09.10 15:50

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirmək məqsədilə görüşləri davam etdirir. Növbəti görüş AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı ilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi məsələlər üzrə mütəxəssisi Manfredas Limantas arasında keçirilib. AVCİYA-nın mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə ölkədəki ictimai – siyasi vəziyyət, beynəlxalq təşkilatlarla əməkdaşlıq, seçki qanunvericiliyi, Venetsiya Komissiyasının təklifləri, AVCİYA Seçki Qərərgahının parlament seçkiləri ilə əlaqədar gördüyü işlər, assosiasiyanın regional ofislərinin fəaliyyəti və digər məsələlər geniş müzakirə edilib. Əməkdaşlığın daha da genişləndirilməsi, informasiya mübadiləsinin təşkili və digər məsələlər barədə razılıq əldə olunub.
URL / WWW
http://kelam.az/news/a-1914.html